Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:23

«Prezidentin jurnalistlərə ev verilməsi ilə bağlı sərəncamı gözlənir»


«Azərbaycanlı jurnalistlərin bu əməkhaqqı ilə Bakıda ev alması xülya kimi görünür»
«Azərbaycanlı jurnalistlərin bu əməkhaqqı ilə Bakıda ev alması xülya kimi görünür»

Bir qrup jurnalist və millət vəkili dövlət başçısı İlham Əliyevə müraciət edərək jurnalistlərin mənzil problemini həll etməsini xahiş edib. Təşəbbüslə Tərəfsiz Jurnalistlər və Parlament Jurnalistləri Birliyi çıxış edib. Həmin müraciəti imzalayanlardan biri də «525-ci qəzet»in redaktoru Rəşad Məciddir:


«Azərbaycanın yazılı mediası kasıb yaşayır, az əməkhaqqı alır. Azərbaycanın iqtisadi inkişafı ilə ölkə mətbuatının inkişafı adekvat deyil. Azərbaycanlı jurnalistlərin bu əməkhaqqı ilə Bakıda ev alması xülya kimi görünür».


Rəşad Məcid deyir ki, mətbuatın problemlərinin həlli ilə bağlı bu günlərdə Mətbuat Şurası da prezidentə müraciət edəcək. Baş redaktor bildirir ki, onda olan məlumata görə, peşə bayramı ərəfəsində prezidentin jurnalistlərin ev şəraitinin yaxşılaşdırılması və başqa problemlərinin həlli ilə bağlı sərəncam verəcəyi gözlənilir. Buna görə də, təşəbbüsü dəstəkləyib.


Bu günlərdə hakim Yeni Azərbaycan Partiyası mətbuatla görüş keçirib. Orda Prezident Aparatının İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov jurnalistlərin bəzi problemlərinin həll olunacağını vəd edib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG