Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:13

Səhiyyə Nazirliyi QİÇS-ə yoluxmuş xəstəni iki ildir axtarırmış


Səhiyyə Nazirliyi QİÇS-ə yoluxmuş xəstə ilə bağlı məlumat yayıb

Səhiyyə Nazirliyi QİÇS-ə yoluxmuş xəstə ilə bağlı məlumat yayıb

Səhiyyə Nazirliyindən bildirirlər ki, iyulun 9-da polis tərəfindən Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə Mübarizə Mərkəzinə təhvil verilmiş, öldürücü xəstəlik virusunu daşıdığı halda 200 nəfərlə cinsi əlaqədə olduğunu deyən Elnarə Əhmədova iki ildi axtarışdaymış. Nazirliyin yaydığı məlumatda deyilir ki, xəstəni tapmaq üçün Daxili İşlər Nazirliyinin ünvanlar bürosuna müraciət etsələr də, cəhd nəticəsiz qalıb.


Hazırda Elnarə Əhmədova QİÇS-lə Mübarizə Mərkəzində müayinə olunur.


Məlumatda o da deyilir ki, Elnarə Əhmədovada QİÇS virusu dörd il əvvəl Ramana Qapalı Tipli Dəri-Zöhrəvi Xəstəxanasına daxil olarkən aşkarlanıb. Bundan sonra o, qeydiyyata götürülüb, mərkəzin həkimi xəstəyə xəbərdarlıq edib.


İki il sonra – 2005-ci ilin aprelində Elnarə Əhmədovadan şübhələnən 1 saylı Kliniki Xəstəxananın doğum şöbəsinin əməkdaşları onun qan nümunəsini QİÇS Mərkəzinə göndəriblər. Təkrar müayinə zamanı ana olmağa hazırlaşan qadının qeydiyyatda olan xəstə - Elnarə Əhmədova olduğu aşkarlanır.


Bu il iyulun 9-da Elnarə Əhmədova Uşaq Evlərinə Qayğı İctimai Birliyindən yardım istəyib və elə həmin gün də Nəsimi rayon 21-ci Polis Bölməsi tərəfindən QİÇS-lə Mübarizə Mərkəzinə verilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG