Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:08

Ali və orta ixtisas məktəblərinə qəbul imtahanının günü məlum olub


Bu il qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin sayı 105 min nəfərdən çoxdur
Bu il qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin sayı 105 min nəfərdən çoxdur

Ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının günü məlum olub. Belə ki, III qrup üzrə ərizə verən abituriyentlər qəbul imtahanını iyulun 17-də, I qrup üzrə ayın 22-də, II qrup üzrə iyulun 27-də, İV qrup üzrə isə iyulun 31-də verə biləcək.


Bu barədə «Azadlıq» radiosuna Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşı Elnur Nağızadə məlumat verib. Onun sözlərinə görə, III qrup üzrə imtahan verən abituriyentlərin sayı 40 mini ötdüyündən imtahanlar Bakı və Naxçıvanla yanaşı Sumqayıtda da keçiriləcək. Digər qrup üzrə abituriyentlərin imtahanları isə yalnız Bakı və Naxçıvanda baş tutacaq.


Elnur Nağızadənin sözlərinə görə, ən böyük müsabiqənin III qrup üzrə olacağı gözlənir, çünki 8665 yerə 41 mindən artıq abituriyent ərizə verib.


Bu il qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin sayı 105 min nəfərdən çoxdur.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG