Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:17

Jurnalistlər barədə hökmün qüvvədə saxlanması pislənilir


R.Tağı və S.Sədaqətoğlunun həbsinə «Avropa və biz» məqaləsi səbəb olub

R.Tağı və S.Sədaqətoğlunun həbsinə «Avropa və biz» məqaləsi səbəb olub

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi və «Sərhədsiz reportyorlar» təşkilatı Apellyasiya Məhkəməsinin «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və yazıçı Rafiq Tağı barədə çıxarılmış həbs qərarını qüvvədə saxlamasını pisləyib.


«Turan»ın məlumatına görə, Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin bununla bağlı bəyanatında deyilir ki, R.Tağı və S.Sədaqətoğlu öz fikirlərini ifadə etdikləri üçün artıq səkkiz aydır həbsdədirlər, halbuki onları azadlıqdan məhrum etməyə ehtiyac yoxdur: «Biz Azərbaycan hakimiyyətini mövcud qərara yenidən baxmağa və hər iki şəxsi azad etməyə çağırırıq».


«Sərhədsiz reportyorlar»ın press-relizində isə bildirilir ki, Apellyasiya Məhkəməsinin qərarı Azərbaycanda söz azadlığının məhdudlaşdırılmasına dair neqativ proseslərin davam etdiyini sübuta yetirir: «Hələlik bu məsələdəki kəskin ağır vəziyyətin yaxşıya doğru dəyişdiyini demək mümkünsüzdür».


R.Tağı və S.Sədaqətoğlunun həbsinə «Sənət» qəzetinin 1 noyabr 2006-cı il tarixli sayında çıxmış «Avropa və biz» məqaləsi səbəb olub. Səbail Rayon Məhkəməsinin bu il mayın 4-də çıxardığı qərarla Cinayət Məcəlləsinin 283.2.2 (milli, dini və irqi ayrı-seçkilik) maddəsinə əsasən, S.Sədaqətoğlu 4 il, 283.1 ( milli, dini və irqi ayrı-seçkilik yaymaqda) maddəsinə əsasən isə R.Tağı 3 il müddətinə azadlıqdan məhrum ediliblər.


İyulun 6-da Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.


XS
SM
MD
LG