Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:10

Almanlar elektrik enerjisinin paylanması şəbəkəsinin yaradılmasında iştirak edə bilər


Elektrik enerjisinin paylanması ilə bağlı şəbəkə almanlara icarəyə verilə bilər. Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev bunu istisna etmir: «Artıq təcrübə də var. Bir neçə il qabaq Bakı şəbəkəsi ilə bağlı tenderdə alman şirkəti də qatılmışdı. Almanların böyük imkanları var. Bizim şəbəkənin daha da səmərəli istifadəsi üçün onların təcrübəsindən yararlanmaq olar».


Amma Mahmud Məmmədquliyev hesab edir ki, söhbət yalnız birgə istifadədən gedə bilər: «Artıq bizim mütəxəssislər də yetişməlidir».


Bir neçə il əvvəl elektrik enerjisinin paylanması ilə bağlı tenderdə alman şirkəti «Simens» qalib gəlsə də, sonradan Türkiyə şirkəti «Barmek» elektrik enerjisinin pərakəndə satışı ilə məşğul olmağa başladı. Amma ötən il bu şirkətin də fəaliyyəti dayandırıldı.


Günün bütün mövzuları

XS
SM
MD
LG