Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:16

Azərbaycan almanlarla enerji qanunu hazırlamaq istəyir


Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev
Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev
Azərbaycan enerji qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmaq üçün Almaniyadan yardım istəyir.

Bu haqda Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycan-Almaniya biznes forumunda çıxışında deyib. Cənab Məmmədquliyevin sözlərinə görə, enerji qanununun hazırlanması və Avropa standartlarına uyğunlaşdırılması tələbilə Avropa Birliyi çıxış edib:


«Avropa Birliyi ilə imzaladığımız sənəddə bununla bağlı maddə var ki, enerji qanunvericiliyi Avropa standartlarına uyğunlaşdırılsın. Avropa Birliyi üzvü olan Almaniyanın bu sahədə mükəmməl qanunvericiliyi var və biz onların təcrübəsindən istifadə etmək istəyirik»


Nazir müavininin qənaətincə, Azərbaycan qanunvericiliyi nə qədər tez təkmilləşərsə, bu, enerji sahəsinin inkişafına yardım edəcək və Avropaya inteqrasiyanı sürətləndirəcək. Qanunda söhbət enerji istehsalı, onun paylanması, bərpası və başqa məsələlərdən gedir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG