Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:59

«Simens»lə Azərbaycan arasında mübahisə yaranıb


Mübahisəyə səbəb «Simens»in Sumqayıtda inşa etdiyi elektrik stansiyasıdır

Mübahisəyə səbəb «Simens»in Sumqayıtda inşa etdiyi elektrik stansiyasıdır

Almaniyanın «Simens» şirkəti ilə «Azərenerji» Səhmdar Cəmiyyəti arasında mübahisə yaranıb. Səhmdar Cəmiyyətin vitse-prezidenti Marlen Əsgərov mübahisənin böyümədən həlli və beynəlxalq məhkəməyə çıxarılmaması üçün Azərbaycan Xarici İşlər Nazirliyindən və Almaniyanın Azərbaycandakı səfirliyindən yardım istəyir.


Mübahisəyə səbəb «Simens»in Sumqayıtda inşa etdiyi 517 meqavatt gücündə elektrik stansiyası ilə bağlıdır. Marlen Əsgərovun sözlərinə görə, həmin stansiyanın ilin sonunda istismara verilməsi haqda razılıq əldə olunsa da, şirkət müqavilənin şərtlərini pozur, tikilini gələn ilin fevralında təhvil verəcəyini bildirir.


«İndi bizim aramızda getdikcə münaqişəmi, mübahisəmi deyim inkişaf etməkdədir. Bu getdikcə genişlənir. Mən istərdim yanan ocağı başlanğıcda söndürək ki, sonradan bu beynəlxalq hüquq şirkətlərinin müzakirəsinə verilməsin. Xoşagəlməz nəticələrlə üzləşməyək».


Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyir ki, deyilənlərdən xəbərsizdir. Araşdırma aparılacaq, nazirliyin müdaxiləsinə ehtiyac olarsa zəruri addım atılacaq.


«Simens» Səhmdar Cəmiyyətinin nümayəndəsi Karlayn Ştaut isə deyir ki, bu ittihamlardan xəbəri yoxdur.


Günün bütün mövzuları

XS
SM
MD
LG