Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:40

«Məhərrəm Əliyev heç bir nöqsana yol verməyib»


Adil Əliyev qardaşının məzuniyyətdə olduğunu bildirir
Adil Əliyev qardaşının məzuniyyətdə olduğunu bildirir

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene van der Lindenin səfəri qəzetlərin 10 iyul sayının əsas mövzularından olub.


«525-ci qəzet» yazır ki, AŞPA rəsmisi Bakıya səfəri zamanı bir çox məsələ ətrafında müzakirələr aparıldığını söyləyən Linden deyib ki, AŞPA Dağlıq Qarabağ münaqişəsinin uzanmasından narahatdır. «AŞPA-nın qəti mövqeyi belədir ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. AŞPA tərəfləri hansısa qərarı icra etməyə məcbur edə bilməz. Lakin biz tərəflərə yardım edə, şərait yarada, bu qurumun siyasi üsullarından istifadə edib həll yollarını təklif edə bilərik».


17 yaşlı Bakı sakini, QİÇS daşıyıcısı olan Elnarə Əhmədova 200-ə yaxın müştəri ilə cinsi əlaqədə olması barədə yayılan xəbər də bir çox qəzetlərin manşetində yer alıb. «Turan» İnformasiya Agentliyi xəbər verir ki, Elnarə Əhmədova müştəriləri Bakının müxtəlif bar və gecə klublarından tapdığını deyib. «Azadlıq» yazır ki, əgər Elnarənin dedikləri həqiqətdirsə, onda bu, Bakıda AİDS-ə yoluxanların sayının kəskin yüksəlişini göstərir.


«Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) sabiq rəisi Məhərrəm Əliyevin yerinə yeni təyinatın olmaması, eyni zamanda eks-rəisə hansısa vəzifənin verilməməsi müxtəlif söz-söhbətlərə səbəb olub»-bunu «Yeni Müsavat» yazır. Qəzet paytaxt polisinin rəhbərliyinə kimlərin gətiriləcəyi barədə versiyalar irəli sürür. «Yeni Müsavat» məsələyə Məhərrəm Əliyevin qardaşı Adil Əliyevin münasibətini öyrənib. «A.Əliyev qardaşının məzuniyyətdə olduğunu bildirdi və qeyd etdi ki, M.Əliyev ölkə daxilindədir».


BŞBPİ-də həyata keçirilən yoxlamaların M.Əliyevə hansısa təhlükə yaradıb-yaratmadığını soruşduqda A.Əliyev bunu istisna etdi: «İl boyu bütün idarələrdə, baş idarələrdə planlı yoxlamalar olur. Həmişə olan yoxlamalar bu il də aparılır. Yoxlamaların nə təhlükəsi ola bilər ki? Əgər idarədə hansısa nöqsan aşkarlanarsa, o zaman bir təhlükə ola bilərdi. Təbii ki, Məhərrəm Əliyev heç bir nöqsana yol verməyib». Qəzetin əməkdaşı Elşad Paşasoyun hazırladığı material ilə qəzetin 11-ci səhifəsində tanış olmaq olar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG