Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:08

«Prezident seçkisi Azərbaycan üçün sınaq olacaq»


«Azərbaycan Avropa dəyərlərini əxz etmək istiqamətində də irəli getməlidir»

«Azərbaycan Avropa dəyərlərini əxz etmək istiqamətində də irəli getməlidir»

«Jurnalistlərin həbsi Azərbaycanın imicinə xələl gətirir. Ümid edirəm ki, yaxın vaxtlarda onlar azadlığa buraxılacaqlar».


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Rene van der Linden iyulun 9-da Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, 2008-ci ildə keçiriləcək prezident seçkisi Azərbaycan üçün sınaq olacaq. Cənab Linden ümid edir ki, Bakı Venesiya Komissiyasının xidmətlərindən istifadə etməklə Seçki Məcəlləsini təkmilləşdirəcək.


AŞ PA prezidenti bir qrup azərbaycanlı və erməni ziyalısının Xankəndi, Yerevan və Bakıya müştərək səfərini də alqışlayır. Bildirir ki, bu ilin aprelində azərbaycanlı və erməni deputatların görüşünü təşkil edib: «Onlar iki şeyə söz verdilər; öz ölkələrində sülh danışıqlarının təbliğatını aparacaq və Dağlıq Qarabağa birgə səfərlər edəcəklər».


Rene van der Lindenin sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafı onu heyran edib. «Amma Azərbaycan Avropa dəyərlərini əxz etmək istiqamətində də irəli getməlidir», -deyə o, vurğulayıb.


Rene van der Linden iyulun 7-dən Bakıda səfərdədir. O. səfər çərçivəsində ölkə rəsmiləri, müxalifət partiyaların rəhbərləri və QHT təmsilçiləri ilə görüşüb.


Günün bütün mövzuları

XS
SM
MD
LG