Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:32

Bir qrup Gəncə sakini bir neçə dəqiqəliyə qatarların hərəkətini dayandırıb


İyulun 8-i axşam bir qrup Gəncə sakini yerli vağzalda qatarların hərəkətinə mane olub.

«Turan»ın məlumatına görə, bu yolla şəhərin Zülfü Hacıyev küçəsinin sakinləri içməli suyun verilməməsinə etiraz ediblər.

Jurnalistlərlə söhbət zamanı sakinlər artıq bir neçə həftədir ki içməli suyun gəlmədiyini, yerli hakimiyyət nümayəndələrinin problemi həll etmək vədlərinin isə yerinə yetirilmədiyini bildiriblər
XS
SM
MD
LG