Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:53

Dünyanın 9 şəhərində ətraf mühit müdafiəçilərinin konsertləri keçirilib


Dünyanın doqquz şəhərində qlobal istiləşmədən narahat olan ətraf mühit müdafiəçilərinin təşkil etdiyi konsertlər keçirilib. Nyu-York, Rio-de-Janeyro, Sidney, Tokio, Şanxay, Yohannesburq, Hamburq, London və Vaşinqtonda keçirilən konsertlərdə pop-musiqiçilər, siyasətçilər və Hollivud ulduzları iştirak ediblər.

ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qor bütün iştirakçılara müraciət edib, onları «Yaşıl and»a riayət etməyə çağırıb. Həmin sənəddə ətraf mühitin mühafizəsi və parnik effekti ilə mübarizəyə dair öhdəliklər əksini tapıb.


Maraqlıdır ki, aksiya bəzi ekoloji fəalların narazılığına səbəb olub. Onlar deyiblər ki, izdihamlı konsertlər ətraf mühiti çirkləndirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG