Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:35

ORT-nin Azərbaycanda yayımı dayandırılır


İyulun 11-i saat 00:00-dan etibarən ORT-nin Azərbaycanda yayımı dayandırılacaq

İyulun 11-i saat 00:00-dan etibarən ORT-nin Azərbaycanda yayımı dayandırılacaq

Bu barədə qərar Milli Televiziya və Radio Şurasının (MTRŞ) iyulun 9-da keçirdiyi müzakirədə qəbul edilib. Şuranın qərarına görə iyulun 11-i saat 00:00-dan etibarən Rusiyanın ORT telekanalının Azərbaycanın milli tezliklərində yayımı dayandırılacaq. Şurada Türkiyənin «Samanyolu» (STV) telekanalının yayımlandığı tezliyə müsabiqənin elan olunması qərara alınıb. Müsabiqə müddəti başa çatanadək isə STV-nin yayımının davam edəcək.


Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı ilə bağlı aparılan hökumətlərlarası danışıqlar başa çatmadığından Teleradio Şurası bu danışıqların getdiyini nəzərə alaraq, Rusiyanın «RTR-Planeta» kanalının Azərbaycana məxsus tezliklərdə yayımının daha bir ay uzadılmasına qərar verib.


Nəzərdə tutulan müddətdə AzTV-nin Rusiyada yayımı təmin olunmasa, «RTR-Planeta»nın Azərbaycanda yayımının dayandırılması məsələsinə baxılacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG