Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:25

İran televiziyalarının Azərbaycanda yayımı tənzimlənəcək


Nazir İran telekanallarının Azərbaycan ərazisində yayımlanmasını texniki məsələ hesab edir

Nazir İran telekanallarının Azərbaycan ərazisində yayımlanmasını texniki məsələ hesab edir

İran televiziyalarının Azərbaycanda yayımı ilə bağlı məsələ yaxın vaxtlarda tənzimlənəcək. Bunu jurnalistlərlə söhbətinə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov deyir.


Nazir problemin həllində ciddi çətinliklərin olmadığını bildirir. Cənab Abbasova görə, hər iki tərəf həm Azərbaycan, həm də İran sərhədyanı ərazilərdə ötürücü qurğuların parametrlərini Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə əsasən uzlaşdırmalıdırlar. İran telekanallarının Azərbaycan ərazisində yayımlanmasını texniki məsələ hesab edən Əli Abbasov deyir ki, bir neçə ay əvvəl bu məsələnin tənzimlənməsi ilə bağlı İran Radio Televiziya Təşkilatı ilə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında protokol imzalanıb. Hazırda bu məsələ ilə bağlı ekspertlər səviyyəsində müzakirələr getməkdədir.


Günün bütün mövzuları

XS
SM
MD
LG