Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:58

Yuşşenko baş nazir postunu yenidən Yanukoviçə təklif etməyə hazırdır


Ukrayna prezidenti Viktor Yuşşenko hökumət başçısı vəzifəsinə Viktor Yanukoviçin namizədliyini irəli sürməyə hazırdır. Yalnız o halda ki, seçkilərdən sonra yeni parlamentdə Regionlar Partiyası ilə koalisiya yaradılsın.


Eyni zamanda «İnter» telekanalına müsahibəsində Yuşşenko deyib ki, onun Baş nazir postunda görmək istədiyi konkret adam var, amma onun soyadını deməkdən imtina edib.


Yuşşenko həmçinin, yeni Ali Radada Regionlar Partiyası və prezident yönümlü Bizim Ukrayna-Xalq Özünümüdafiəsi blokunun iştirakı ilə koalisiya yaradılmasını istisna etməyib.


Ukraynada növbədənkənar parlament seçkiləri sentyabrın 30-a təyin olunub.



XS
SM
MD
LG