Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:58

Yeniyetmə fəal təhlükəli cinayətkarlarla birgə saxlanılır


«Amnesty International» 2006-cı ilin oktyabrında Əvəzpur qardaşları haqda bəyanat verib

«Amnesty International» 2006-cı ilin oktyabrında Əvəzpur qardaşları haqda bəyanat verib

İyunun 19-da nəzarət altına alınan gündən bəri harada saxlanıldığı bilinməyən 16 yaşlı Məhəmmədrza Əvəzpurun Təbriz zindanının təhlükəli cinayətkarların qaldığı 4-cü korpusunda saxlanıldığı xəbər verilir.


«Urmu News» xəbər saytına bu haqda məlumat verən gənc fəalın atası Sadıq Əvəzpur bildirib ki, hələ də oğlunun həbs edilməsinin səbəbini öyrənə bilmədiyi halda onun cinayətkarlarla bir yerdə saxlanılması xəbəri ailəni dəhşətə salıb.


Məhəmmədrza Əvəzpurun valideynləri 20 gün bundan əvvəl nəzarət altına alınan övladlarının hansı həbsxanaya aparıldığını bu günə qədər öyrənə bilməmişdi.


İyunun 19-da «Bəsic» adlanan hökumətin könüllülər dəstəsinin üzvləri Təbrizin «Yekə Dükan» məhəlləsində yaşayan Əvəzpur ailəsinin evinə hücum edərək 16 yaşlı Məhəmmədrzanı nəzarət altına almışdılar.


Ötən il Məhəmmədrza Əvəzpur Azərbaycan dilində tədris tələbi ilə keçirilən aksiyalar zamanı iki qardaşı Mustafa və Murtuza ilə birlikdə tutularaq bir müddət həbsə salınmışdı.


Bu hadisədən sonra insan hüquqları təşkilatlarına müsahibə verən gənc fəal istintaq zamanı 24 saat ayaqlarından asılaraq sorğu-suala tutulduğunu və bu müddət ərzində ona su belə verilmədiyini bildirmişdi.


Beynəlxalq insan hüquqları təşkilatı «Amnesty International» 2006-cı il oktyabrın 11-də Əvəzpur qardaşları haqda bəyanat verib.


Günün bütün mövzuları

XS
SM
MD
LG