Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:08

«Hər bir demokratiyanın güclü müxalifətə ehtiyacı var»


AŞPA rəhbəri Azərbaycan müxalifətinin liderləri, QHT və KİV təmsilçiləri ilə görüşüb
AŞPA rəhbəri Azərbaycan müxalifətinin liderləri, QHT və KİV təmsilçiləri ilə görüşüb

Azərbaycana səfəri çərçivəsində Avropa Şurası Parlament Assambleyasının rəhbəri Rene van der Linden görüşlərə başlayıb. İyulun 8-də o, bir sıra qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların və media nümayəndələri ilə görüşüb. Bazar ertəsi isə avropalı diplomat hökumət rəsmilərlə görüşəcək.


İşgəncələrə qarşı Azərbaycan komitəsinin sədri Elçin Behbudov «ANS»ə bildirib ki, Rene van der Lindenlə əsasən işgəncələrlə bağlı danışıblar.


Liberal partiyasının lideri Lalə Şövkət AŞPA rəhbəri ilə Azərbaycanda olan siyasi vəziyyət, gələcək seçkilər, seçkilərə hazırlıq, demokratik məsələlər, azad mətbuata təzyiqlər, jurnalistlərin həbsi, siyasi məhbuslar məsələsi və seçki məcəlləsi ilə bağlı dəyişikliklər barədə müzakirələr apardığını söyləyib: «Mən düşünürəm ki, Avropa Şurasına bizim verdiyimiz məlumatlar çox ciddi idi, fakt əsasında idi. Düşünürəm bunun hansısa bir yaxşı nəticəsi olacaq»,- deyə Lalə Şövkət vurğulayıb.


«ANS» xəbər verir ki, AŞPA sədri də Bakıda keçirdiyi görüşlərin önəmli olduğunu söyləyib: «Mən qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti, eləcə də müxalifət liderləri ilə uzun müzakirələr apardım. Sonuncu hər bir cəmiyyət üçün son dərəcə əhəmiyyətlidir. Hər bir demokratiyanın güclü müxalifətə ehtiyacı var. Çünki o, ölkədəki güc balansına nəzarət edir. Biz görüşdə hər bir üzv dövlətin Avropa Şurası, xüsusilə də Avropa Şurası Parlament Assambleyası qarşısında götürdüyü öhdəliklərə dair bütün məsələləri müzakirə etdik»,- deyə Rene van der Linden vurğulayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG