Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:08

07.07.07: Toy bumu


Dünyanın bir çox ölkəsində «toy rekordlar»ı gözlənilir

Dünyanın bir çox ölkəsində «toy rekordlar»ı gözlənilir

Bu şənbə, «üç yeddi» kimi oxunan 07.07.07 tarixi (7 iyul 2007-ci il) misilsiz toy həngaməsi ilə qeyd olunur.


ITAR-TASS agentliyi xəbər verir ki, çoxsaylı aşiq cütlüyü bunu yaxşı əlamət sayıb, toylarını bu günə təyin ediblər.


Gözlənilir ki, Moskvada 1700 nikah qeydə alınacaq – bu, orta göstəricilərdən iki dəfə çoxdur. Cütlüklərə kömək üçün iyulun 7-də paytaxtdakı VVAQ-ların (ZAQS) iş saatını 22:00-dək uzatmaq qərara alınıb.


Rəqəmlərin sehrli, sirli qüvvəsinə insanlar qədim zamanlardan inanırlar. Hesab olunurdu ki, dünyada təsadüfi heç nə yoxdur – hər şeyi rəqəmlər idarə edir. Doğuş və ölüm, xoşbəxtlik və bədbəxtlik, bolluq və yoxsulluq, müvəffəqiyyət və uğursuzluq - hər şeyi müəyyən rəqəmlərin birləşməsi müəyyən edir. Bu inam o qədər güclü idi ki, indinin özündə belə, insan özünü nə qədər rasionalist saysa da, yenə də instinktiv olaraq rəqəmlərin sirli, simvolik mənalarına inanır.


Kütləvi informasiya vasitələrinin məlumatına əsasən, toy bumu bütün dünyada hiss olunacaq. Məsələn, ABŞ-da iyulun 7-ə sifarişləri bir neçə il əvvəldən ediblər.


Dünyanın bir çox ölkəsində «toy rekordlar»ı gözlənilir.


Rusiyanın bəzi şəhərlərində isə, məsələn, Tümendə mədəniyyət evlərinin birinin və filarmoniyanın binasında iki əlavə VVAQ açılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG