Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:10
«Gündəlik Azərbaycan» qəzetinin keçmiş əməkdaşı Hüseynbala Səlimov iyulun 7-də Milli Təhlükəsizlik Nazirliyində (MTN) dindirilib.

O, «Azadlıq» radiosuna deyib ki, ondan qəzetin maliyyə vəziyyəti, maaşı barədə soruşublar:


«Mənimlə çox mədəni davrandılar. Mən bunu xüsusi ilə qeyd etmək istəyirəm. Ümumiyyətlə, MTN-ə çağırılan bizim əməkdaşların hamısının dediyinə görə, onlarla çox mədəni davranırlar. Bu, təqdirəlayiqdir... Bir azca qəzetin fəaliyyəti ilə maraqlandılar. Bir-iki sual qəzetin maliyyə vəziyyəti, əməkhaqlarımız barədə soruşdular».


Çapını dayandırmış «Gündəlik Azərbaycan» qəzetinin indiyədək 10-dan çox əməkdaşı MTN-də dindirilib.


Qəzetin baş redaktoru Eynulla Fətullayevə terrorla hədələmə maddəsi ilə yeni ittiham irəli sürülüb. Hazırda Eynulla Fətullayev həbsdə yatır, o, böhtanda təqsirli bilinib, 2 il yarım həbs cəzası alıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG