Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:47

AQO Qrupu mətbuat azadlığı ilə bağlı monitorinq aparacaq


AQO Qrupu Azərbaycanın öhdəliklərini necə yerinə yetirməsinə nəzarət edir
AQO Qrupu Azərbaycanın öhdəliklərini necə yerinə yetirməsinə nəzarət edir

«Azərbaycanda mətbuatın durumu ilə bağlı narahatlıq doğuran məqamlar var. Biz azad sözün ifadəsi üçün hökumətə yerinə yetirilməsi lazım olan tədbirlərlə bağlı fikrimizi də çatdırmışıq».


Avropa Şurası Nazirlər Komitəsinin AQO Qrupunun üzvü Per Syoqren Azərbaycana səfərinin sonunda keçirdiyi mətbuat konfransında belə deyib.


«Bizim qiymətləndirməmiz budur ki, qəzetlərin, televiziya və radioların bağlanması demokratik prinsiplərə ziddir».


Cənab Syoqrenin dediyinə görə, gələn il AQO Qrupu mətbuatın problemlərinə daha çox diqqət yetirəcək, mətbuat azadlığı ilə bağlı monitorinq aparacaq.


AQO Qrupu Bakıda keçirdiyi iki günlük görüşlərdə Seçki Məsələsini də diqqətdə saxlayıb.


Per Syoqren deyir ki, prezident seçkisi olacaq 2008-ci il Azərbaycan üçün əhəmiyyətli ildir. Buna görə də Seçki Məcəlləsinin yenidən nəzərdən keçirilməsi, ona dəyişiklik edilməsi ilə bağlı hökumətlə danışıqlar aparılıb.


Bu ilin payızında Azərbaycan hökuməti Avropa Şurası Venesiya Komissiyasının ekspertləri ilə Seçki Məcəlləsini müzakirə edəcək. Qrup üzvü ümidvardır ki, hökumət qanuna dəyişikliklər edəcək. AQO Qrupu seçki kampaniyasında yaxından iştirak etmək niyyətindədir.


AQO Qrupu Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirməsinin monitorinqini aparır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG