Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:00

İraqın şimalında hərbi kampaniyanın planı tam razılaşdırılıb


Türkiyə hökuməti və hərbçilər İraqın şimalında yerləşən kürd separatçılarına qarşı mümkün hərbi əməliyyatın planını razılaşdırıblar.

Bunu televiziya müsahibəsində Türkiyənin Xarici İşlər naziri Abdulla Gül deyib.


Bundan əvvəl o, artıq bəyan edib ki, Amerika və İraq qoşunları kürd yaraqlılarının İraqın şimalındakı bazalarını məhv etməsə, Türkiyə ordusunun müdaxiləsi qaçılmaz olacaq.


İyulun 22-nə təyin olunan parlament seçkiləri ərəfəsində siyasi müxalifət dəfələrlə Türkiyə hökumətini separatçılarla mübarizədə qətiyyətsizlik göstərdiyinə görə tənqid edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG