Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:06

AŞPA uşaqları cinsi istismardan qorumaq üçün konvensiya hazırlayır


Avropa Şurası uşaqları cinsi istismardan qorumaq üçün yeni konvensiya hazırlayır. Bu haqda qurumun baş katibinin Azərbaycandakı nümayəndəsi Denis Bribossia BMT-nin «Uşaqlara yararlı dünya» adlı qətnamənin beş illiyinə həsr olunmuş milli konfransda deyib. Cənab Bribossianın sözlərinə görə, bu sənəd bütün hökumətlərə açıq elan olunacaq.


Bu arada Ombudsman Elmira Süleymanova təklif edib ki, 2008-ci il Azərbaycanda uşaq ili elan olunsun. Onun sözlərinə görə, bu şəkildə bütün ictimaiyyətin diqqətini uşaq problemlərinə cəlb etmək olar.


Günün bütün mövzuları

XS
SM
MD
LG