Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:55

«Uşaqlara qarşı zorakılığı inkar etmirik»


Nazir məktəb və internatlarda zorakılığın qarşısını almaq üçün təkliflər verir
Nazir məktəb və internatlarda zorakılığın qarşısını almaq üçün təkliflər verir

«Azərbaycanda uşaqlara qarşı zorakılıq halları var». Bunu ombudsman Elmira Süleymanova jurnalistlərlə söhbətində deyib. O, bu məqsədlə Ombudsman Aparatı ilə YUNİSEF-in birgə tədqiqat apardığını bildirir. Ombudsmanın sözlərinə görə, ilkin sənəd hazırdır. Amma tələsmək olmaz, bu haqda tədqiqat başa çatandan sonra danışmaq olar.


Hesabatla bağlı iyulun 6-da BMT-nin Baş Məclisinin «Uşaqlara yararlı dünya» qətnaməsinin 5 illiyinə həsr edilmiş milli konfransda Elmira Süleymanova çıxış etməlyidi. Amma o, çıxışını səbəb göstərmədən təxirə saldı.


Tədbirdə çıxış edən Təhsil naziri Misir Mərdanov da etiraf edib ki, təhsil müəssisələrində uşaqlara qarşı zorakılıq faktları var. Amma nazir deyir ki, uşaqlar zorakılıqla bağlı fərqli fikirlərə malik olduqları üçün tədqiqatların nəticələri təzadlıdır. Ona görə də, cənab Mərdanov da tədqiqatın yenidən keçirilməsini, bundan sonra təhlil aparılmasını istəyir: «Biz inkar etmirik, istər məktəbdə, istər məktəbdən kənarda uşaqlara qarşı zorakılıq halları var. Amma zorakılığı minimuma endirmək üçün məqsədyönlü iş də aparılır».


Təhsil naziri məktəb və internatlarda zorakılığın qarşısını almaq üçün uşaq müəssisələrində yerləşdirilən və ya ailələrə qaytarılan uşaqlarla bağlı monitorinqin aparılmasını, məlumat bazası yaradılmasını, eyni zamanda, dərs proqramlarına bununla bağlı dəyişiklik edilməsini, maarifləndirmə işlərinin gücləndirilməsini təklif edir.


Aldığımız məlumata görə, YUNİSEF-lə Ombudsman Aparatının hazırladığı hesabat artıq tam hazırdır. Sadəcə, göstəricilər gözlənilməz olduğundan hökumətin təkidi ilə sənəd iyulun 6-da açıqlanmayıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG