İyulun 7-si axşamdan başlayaraq iyulun 12-dək hava qeyri-sabit keçəcək, şimşək çaxacaq, yağış yağacaq, bəzi yerlərdə leysan olacaq, dağlıq rayonlarda dolu düşəcək. Temperatur 5-8 dərəcə enəcək, sabah axşam və bazar günü şimal-qərb küləyi güclənəcək, bəzi yerlərdə saatda 23-28 metrə çatacaq. Çaylarda sululuq artacaq, bəzi dağ çaylarında qısamüddətli daşqınlar ola bilər.