Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:29

Samir Sədaqətoğlu və Rafiq Tağının apellyasiya şikayəti təmin edilmədi


«Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu 4 il, yazıçı Rafiq Tağı isə 3 il həbs cəzası alıb
«Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu 4 il, yazıçı Rafiq Tağı isə 3 il həbs cəzası alıb

«Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və bu nəşrin yazarı Rafiq Tağının apelliyasiya şikayəti təmin edilməyib. Hər iki şəxsin vəkili İsaxan Aşurov onlara bəraət verilməsini və ittiham hökmü çıxarmış birinci instansiya məhkəməsinin hakimi haqqında xüsusi qərar çıxarılmasını tələb edib. İsaxan Aşurov deyir ki, o, Ali Məhkəməyə kasasiya şikayəti verməyə hazırlaşırlar.


Digər jurnalistlər «Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli və şöbə müdiri Yaşar Ağazadənin şikayəti üzrə bu günə təyin edilən məhkəmə prosesi isə təxirə salınıb. Bu barədə «Azadlıq» radiosuna hər iki şəxsin vəkili Rəşid Hacılı məlumat verib. Bu gün onların şikayətilə bağlı məhkəmənin qərar verəcəyi gözlənilirdi. Vəkil prosesin qeyri-müəyyən müddətə təxirə salınmasını məhkəmənin hələlik yekun bir qərar qəbul edə bilməməsilə bağlı olduğunu deyir.


«Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu 4 il, bu nəşrin yazarı Rafiq Tağı isə 3 il həbs cəzası alıb. Onlar dini ədavəti qızışdırmaqda ittiham olunublar.


«Müxalifət»çilər isə prezidentin əmisi Cəlal Əliyevin iddiasıyla 2 il 6 ay azadlıqdan məhrum ediliblər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG