Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:32

İyul ayının 5-də ali və orta ixtisas məktəblərinə sənəd qəbulu başa çatıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilən məlumata görə, hələlik 80 mindən çox abituriyent ərizə verib, amma ölkənin bütün bölgələrini əhatə edən 118 Sənəd Qəbulu Komissiyasından ərizələrin qəbulu davam etdiyindən bu rəqəmin dəyişəcəyi gözlənir. TQDK-nın əməkdaşı Elnur Nağızadənin sözlərinə görə, qəbul imtahanında iştirak etmək istəyən abituriyentlərin dəqiq sayı iyulun 7-də bəlli olacaq. Əgər 3-cü qrupa, yəni humanitar fənnlər üzrə ərizə verən abituriyentlərin sayı 40 mini ötsə, onda Gəncə və Sumqayıtda da qəbul imtahanı keçiriləcək.

Cənab Nağdızadə deyir ki, yaxın günlərdə abituriyentlərə imtahana buraxılış və abituriyent vəsiqələrinin təqdim ediləcəyi vaxt barədə TQDK-nın internet səhifəsində və141 telefon məlumat xidməti vasitəsilə məlumat veriləcəkdir.



XS
SM
MD
LG