Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:28

«Azərbaycanda dini müxalifət yoxdur»


«Azərbaycanda dindarların sayının artması dini mühitin təkmilləşməsi ilə bağlıdır»

«Azərbaycanda dindarların sayının artması dini mühitin təkmilləşməsi ilə bağlıdır»

«Azərbaycanda nə «Hizbullah»dan, nə də dini-siyasi müxalifətdən söhbət gedə bilər»- bu fikri «525-ci qəzet»ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib.


«Azərbaycanda dini müxalifət yoxdur. Əgər varsa da belə, onların dairəsi çox məhdud və çox dardır. Ona görə də həmin kiçik bir qüvvənin siyasətə, bütövlükdə hakimiyyətə gəlməsi heç cür gözlənilən və mümkün olan məsələ deyil».


Komitə sədri «son illər Azərbaycanda dindarların sayının artması gələcəkdə dini müxalifətin özünə cəmiyyətdə geniş yer, dayaq tapa biləcəyindən xəbər vermirmi» sualını cavablandırıb.


«Azərbaycanda dindarların sayının artması dini etiqad azadlığının təmin olunması mühitinin və şəraitinin daha da genişlənməsi, təkmilləşməsi ilə bağlıdır».


Hidayət Orucov Nardaranda «Hizbullah»ın yaranması ehtimalına toxunub: «Nə «Hizbullah»dan, nə də hansısa bir dini-siyasi müxalifətdən söhbət gedə bilər. Bu yöndə səslənən fikirlər, ehtimallar sadəcə, əsassız deyimlər, əsassız ehtimallardır».


Bakı və Aşqabad Xəzərdəki problemlərini çözmək üçün danışıq aparmağa hazırdır. Yaxın günlərdə Türkmənistan paytaxtında keçiriləcək müzakirələrdə Azərbaycanın «Kəpəz», onların isə «Sərdar» adlandırdığı neft yatağının taleyinə aydınlıq gətirilə bilər. Bu barədə «Ekspress»ə xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.


Təqribən 40 milyard dollar dəyərində qiymətləndirilən mübahisəli yataqla bağlı Azərbaycan artıq kompromis təklifini verib. Diplomatik mənbələrin bildirdiyinə görə, Bakı yatağın birgə işlənilməsinə tərəfdardır. Məsələ Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin bir qədər əvvəl Tehranda görüşü zamanı müzakirə olunub və mənbənin məlumatına görə, Aşqabad bu təşəbbüsə maraqla yanaşıb.


Məqalə müəllifi Ələkbər Raufoğlu yazır ki, bəzi müşahidəçilər isə diqqəti buna yönəldirlər ki, Bakı ilə Aşqabadın daha sıx münasibəti onları kənar təzyiqlərə qarşı da daha müqavimətli edərdi. Bu əməkdaşlıq həm də qlobal qaz bazarında Rusiyanın şıltaqlıqlarından doğan narahatlıqları xeyli azaldardı.


Bir qrup Azərbaycan elm və mədəniyyət xadimlərinin Dağlıq Qarabağa və Ermənistana səfər etmələri hələ də mətbuatın müzakirə etdiyi aktual mövzular sırasındadır. İctimaiyyəiətin müxtəlif nümayəndələri məsələyə öz münasibətlərini bildirməkdədirlər.


«Mənim fikrimcə, bu, çox böyük səhv idi və qətiyyən xoşagələn hal deyil. Dünən ora gedən insanların «xalq düşməni» adlandırılması, bu gün gedənlərinsə qəhrəman səviyyəsinə qaldırılması xalqı bu prosesdən uzaqlaşdıra bilər». Bu fikirləri «Yeni Müsavat»a müsahibəsində AMİP lideri Etibar Məmmədov deyib.


Qəzetin köşə yazarı Azər Ayxan İlham Əliyevin Polis Günündə səsləndirdiyi bəyanatını şərh edir və proseslərin gələcək inkişafı barədə fikirlərini bölüşür: «İndi komandada İlham Əliyevin növbəti müddətə prezident kürsüsündə əyləşməsini istəməyənlərin sayı yetərincədir. Çünki ən sadiq və parlaq iqtidar nümayəndəsi belə iki gün sonra başına hansı müsibətlərin gələcəyini bilmir. Vəzifədən getməkdən narahat deyillər. Bundan daha pisindən - sərvətlərinin, azadlıqlarının və canlarının itirilməsindən qorxurlar. İlham Əliyev də narahatdır».


Günün bütün mövzuları

XS
SM
MD
LG