Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:04

Bir qrup valideyn Təhsil Nazirliyi qarşısında piket keçirib


İyulun 5-də yüzə yaxın valideyn Misir Mərdanovla görüş tələbilə Təhsil Nazirliyinin qarşısında piket keçirib. Onlar orta məktəbi bitirmələri barədə attestat ala bilməyən və bu səbəbdən buraxılış imtahanlarını verə bilməyən abituriyentlərin valideynləridir. Valideynlər «İstefa!» və «Attestat!» şüarları səsləndiriblər.


«Turan»ın məlumatına görə, nazir valideynlərlə görüşməkdən imtina edib.


Bu ilin iyununda Bakının Səbail və Xətai rayonlarının məktəblərində eksperimental test imtahanları keçirilib.Lakin məzunların bir qismi və onların valideynləri təcrübənin nəticələrindən narazı qalıblar.


Günün bütün mövzuları

XS
SM
MD
LG