Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:28

Rafiq Tağının məhkəməsində dava düşüb


«Sənət» qəzetinin redaktoru Samir Sədaqətoğlu 4 il, Rafiq Tağı isə 3 il həbs olunub
«Sənət» qəzetinin redaktoru Samir Sədaqətoğlu 4 il, Rafiq Tağı isə 3 il həbs olunub

İyulun 5-də «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və bu nəşrin yazarı Rafiq Tağının Apelliyasiya Məhkəməsində şikayətinə baxılıb.


Məhkəmə zalında dindarlarla Rafiq Tağının qohumları arasında dava düşüb. İnsident məhkəmənin iclas protokoluna yazılıb.


Prosesə təqsirləndirilən şəxslərin vəkili İsaxan Aşurov gəlmədiyindən iclasın iyulun 6-da keçirilməsi qərara alınıb.


Mayın 4-də Sabail Rayon Məhkəməsinin hökmü ilə «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu dörd il, bu nəşrin yazarı Rafiq Tağı isə üç il həbs cəzası alıb.


2006-cı ilin noyabr ayında Rafiq Tağının «Sənət» qəzetində dərc olunan «Avropa və biz» adlı məqaləsi islam dininin insanların azadlığını boğması, bəşəriyyətin inkişafına mane olması və Məhəmməd peyğəmbərin Şərq ölkələri üçün problem yaratması barədə olub.


Rafiq Tağı özünü günahkar saymadığını deyib və bildirib ki, onun yazdığı məqalə tamamilə bədii-ədəbi xarakter daşıyıb.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG