Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:48

Polisə atəş açan şəxs təslim olub


İyulun 4-ü axşam Balakən şəhər sakini Nizami Quliyev könüllü şəkildə yerli polis bölməsinə təslim olub. «Turan»ın bölgə müxbirinin verdiyi məlumata görə, bu, gecə saat iki radələrində baş verib.

İyunun 30-da Nizami Quliyev barədə axtarış elan edilmişdi. Elektrik enerjisinin pulunu ödəmədiyinə görə işığı kəsilmiş Quliyev evinə gələn polis Eldar Dibirova atəş açmışdı.


Nizami Quliyevə qarşı Cinayət Məcəlləsinin iki maddəsi – 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) əsasında cinayət işi qaldırılıb.


Polis Eldar Dibirova gəldikdə isə, onun artıq xəstəxanadan çıxdığı bildirilir.


Nizami Quliyev son vaxtlara qədər Azərbaycan Demokrat Partiyasının Balakən şəhər şöbəsinin sədri olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG