Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:45

«Ölkədə çörək böhranı yaranıb»


Qəzetlər 5 iyul tarixli saylarında əsas diqqəti ölkədəki taxıl böhranına yönəldiblər
Qəzetlər 5 iyul tarixli saylarında əsas diqqəti ölkədəki taxıl böhranına yönəldiblər

«Yeni Müsavat» qəzeti 5 iyul tarixli sayının baş məqaləsində Azərbaycanda taxıl ehtiyatının tükəndiyini yazır. «Daha çox narahatçılıq doğuran məqam taxıl və taxıl məhsullarının qiymətinin durmadan artmasıdır. Artıq unun bir kiloqramı 26 qəpikdən 32 qəpiyə qalxıb. Unun qiymətində tədricən artım getdikcə, sahibkarlar xərclərini çörəyin çəkisini azaltmaqla tənzimləyirdilər».


Qəzet məsələ ilə bağlı iqtisadçı-ekspert Rövşən Ağayevin münasibətini öyrənib: «Artıq taxıl məhsullarının qiymətində kəskin artım baş verib, çörək sexləri həyəcan təbili çalmağa başlayıblar. Ötən il hökumət inzibati yollarla taxılın qiymətinin bahalaşmasının qarşısını alırdı və qismən buna nail də olurdu. Çörək sexləri də məcbur olub çörəyin çəkisini ixtisar edirdi. Amma artıq çörəyin çəkisində də ixtisar eləməyə yer qalmayıb. Kimsə düşünürdüsə ki, ilin əvvəlində verilən qərarın təsirini mövsümi faktorlar zəiflədəcək, yanılırdı. Enerjidaşıyıcılarının qiymətində həddən artıq kəskin artım edilib və bilirsiniz ki, enerjidaşıyıcıları istənilən məhsulun maya dəyərində xeyli dərəcədə çəkiyə malikdir. Sübut olundu ki, məmurların yanaşması səhv idi, yanvarda verilən qərarın mənfi təsiri ilboyu özünü göstərməkdədir».


«Yeni Müsavat» 3-cü səhifəsində Müsavat Partiyasının AXCP-yə yer təklif etməsi barədə yazıb. Cəbhəçi funksionerin dediyinə görə, yer təklifi birbaşa Müsavat başqanından gəlib. Qəzet yazır ki, Əli Kərimli İsa Qəmbərə təşəkkür edib və hələlik bir neçə başqa variant üzərində iş aparıldığını deyib.


«Bakı Qarabağ siyasətini dəyişdirir... Elmar Məmmədyarov: «Əfsuslar olsun ki, Praqa prosesi ləğv olunub»- «Ekspress» qəzetinin 5 iyul manşeti belə adlanır.


Qəzet yazır ki, «nə qədər qəribə görünsə də, hazırda Qarabağ mövzusunda söhbət nəinki münaqişənin həllindən, heç danışıqların bərpasından da getmir. Həmsədrlər daha əvvəlki kimi görüşlərə həvəs göstərmirlər, münaqişə tərəfləri isə öz növbəsində, «söz oyunu» - imitasiya ilə məşğuldurlar.


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov nizamlama prosesində yaranmış durumu «Ekspress»ə belə şərh edib: «Biz prosesi təhlil edirik. Gələcəkdə necə hərəkət edəcəyimiz sonra məlum olacaq. Amma əvvəlcə həmsədrlər ayırd etməlidir ki, prosesi hansı şəkildə davam etdirək».


Məqalə müəllifi Ələkbər Raufoğlu yazır: «Rəsmi dairələr, xüsusilə də Azərbaycan xarici siyasət idarəsində də artıq illərdir danışıqlar prosesi üzrə görülmüş işlərin taleyi üzərində düşünülməyə başlanılıb. Yerevanın bilərəkdən vaxt öldürməsi Bakıdan taktiki manevrlər tələb edir». Yazı ilə qəzetin 3-cü səhifəsində tanış olmaq olar.


«Məsləhətləşmələrdə əsas mövzu İranın nüvə problemi və onun ətrafında yaranan böhran olacaq»-politoloq Hikmət Hacızadə Azərbaycan nümayəndə heyətinin Vaşinqtonda təhlükəsizlik məsələsi ilə bağlı aparacağı danışıqlara münasibət bildirib. Bu barədə «Azadlıq» qəzeti yazır.


ABŞ-la Azərbaycan arasında uzun müddətdir keçirilməsi nəzərdə tutulan hərbi-siyasi məsləhətləşmələr iyulun 9-10-da reallaşacaq.


Politoloq Hikmət Hacızadə hesab edir ki, ABŞ-ı danışıqlarda maraqlandıran əsas məsələ İranın nüvə problemi və onun ətrafında yaranan beynəlxalq böhran olacaq. ABŞ-ın Azərbaycanın ona bu məsələdə necə yardım göstərə biləcəyini dəqiqləşdirəcəyini düşünən H.Hacızadənin fikrincə, rəsmi Bakı bütün bunların müqabilində Qarabağla bağlı müəyyən məsələləri müzakirəyə təqdim edə bilər. Qəbələ RLS-lə bağlı müəyyən müzakirələrin də bu görüşlərdə aparılacağı istisna edilmir.


Rəsmi dövlət qəzeti «Azərbaycan» yazır ki, «Bələdiyyələrin uğurlu fəaliyyətinin əsası bələdiyyə seçkilərində qoyulur». Jurnalist Telman Nəzərlinin bələdiyyələrin ümumrespublika toplantısı barədə məqaləsi qəzetin 1-ci səhifəsində yer alıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG