Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:10

«Qazprom» və «Transneft» silahla neft kəmərlərini qoruyacaqlar


«Qazprom» və «Transneft»ə icazə verilib ki, neft kəmərlərinin mühafizəsi üçün silahdan istifadə etsinlər.

Rusiya Dövlət Duması iyulun 4-də «Federal dövlət ehtiyacları üçün məhsulun çatdırılması haqqında» və «Silah haqqında» qanunlara müvafiq düzəlişlər edib.


Beləliklə, «Qazprom» və «Transneft»in təhlükəsizlik xidmətlərinin əməkdaşları silahdan istifadə etmək hüququ alıblar.


Qanunda deyilir ki, bu, neft-qaz kəmərləri və yüksək müdafiəyə ehtiyacı olan digər obyektlərin mühafizəsi üçün lazımdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG