Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:47

Böyük Britaniyada xaricilərin işə qəbulu qaydaları sərtləşdiriləcək


Böyük Britaniya hakimiyyəti əcnəbi mütəxəssislərin sənədlərinin yoxlanılmasını sərtləşdirmək və onların işə qəbulu qaydalarına yenidən baxmaq niyyətindədir.


Bu haqda parlamentdəki çıxışında Baş nazir Qordon Braun məlumat verib.


Bundan qabaq London və Qlazqoda terror aktlarının təşkilinə cəhddə şübhəli bilinən səkkiz adam həbs olunub.


Saxlanılanların əksəriyyəti həkimlərdir. Səkkiz nəfərdən ikisi hindistanlıdır, qalanları Yaxın Şərq ölkələrindəndirlər.


Britaniyada çalışan həkimlərin təxminən 40 faizi əcnəbilər və ya xaricdə təhsil alanlardır.


XS
SM
MD
LG