Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:21

Eynulla Fətullayevə rəsmən ittiham irəli sürülüb


E.Fətullayev bu il aprelin 20-də 2 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib

E.Fətullayev bu il aprelin 20-də 2 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevə qarşı ittiham irəli sürülüb. Bu barədə «Media forum» saytına «Gündəlik Azərbaycan» qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu məlumat verib. Onun sözlərinə görə, indiyədək E.Fətullayev Milli Təhlükəsizlik Nazirliyində (MTN) şahid qismində dindirilirdi, iyulun 3-də isə ona rəsmən ittiham irəli sürülüb. Fətullayev Səbail Rayon Məhkəməsinə aparılıb və onun barəsində yeni cinayət işi ilə bağlı həbs-qətimkan tədbiri seçilib.


Ş.Çobanoğlunun E.Fətullayevin vəkili Aydın Nəzərlidən aldığı məlumata görə, baş redaktora qarşı cinayət işi Cinayət Məcəlləsinin 214.1-ci (terororçuluqla hədələmə) və 283.2.2-ci (qulluq möveyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri üzrə başlanıb.


İyulun 4-də isə Şahvələd Çobanoğlu özü MTN-də ifadə verib. Dindirmə təxminən iki saatdan artıq çəkib. Bu haqda «Azadlıq» radiosuna məlumat verən Çobanoğlu deyib ki, ondan qəzetin maliyyə məsələləri, maaşı hardan alması barədə suallar veriblər. Eyni zamanda, MTN əməkdaşları «Realnı Azerbaydjan» qəzetində dərc olunmuş «Əliyevlər müharibəyə gedir» məqaləsinin müəllifi, təsisçi Eynulla Fətullayevin imzaları ilə maraqlanıblar.


İndiyədək sözügedən qəzetin əməkdaşlarından Çingiz Sultansoy da MTN-də dindirilib. Günün ikinci yarısında isə nəşrin şöbə redaktoru Üzeyir Cəfərov MTN-də ifadə verəcək.


E.Fətullayev bu il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Tatyana Çaaladzenin iddiası əsasında Yasamal Rayon Məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.


Mayın 16-da MTN-in Baş İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorla hədələmə faktı üzrə yeni cinayət işi başlanıb. Cinayət işi ilə bağlı E.Fətullayev MTN təcridxanasına köçürülüb. Baş redaktor bu işlə əlaqədar indiyədək MTN-də iki dəfə - iyunun 7-də və 12-də dindirilmişdi.


XS
SM
MD
LG