Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:48

«Azərbaycanda qarpızı düz yemirlər»


Qarpızı günəş şüalarının birbaşa təsiri altına satılması da zəhərlənməyə gətirib çıxara bilər
Qarpızı günəş şüalarının birbaşa təsiri altına satılması da zəhərlənməyə gətirib çıxara bilər

«Çox vaxt Azərbaycanda qarpızdan zəhərlənmələrə o səbəb olur ki, insanlar qarpızı xörəkdən sonra yeyirlər». Bunu «Azadlıq» radiosunun «Xəbər-ətər» verilişinin qonağı olan Bakı Şəhər Təcili Yardım Xəstəxanasının həkimi Salman Əliyev deyib.


Həkim bildirir ki, əslində qarpızı xörəkdən əvvəl yemək lazımdı: «Çox vaxt yayda qarpızdan zəhərlənmə diaqnozu ilə bizim təcili yardım xəstəxanasına müraciətlər olur. Halbuki çox vaxt belə hallar qarpızdan yox, qarpızı düzgün yeməməkdən baş verir. Ümumiyyətlə, meyvə-tərəvəz xörəkdən 30-40 dəqiqə əvvəl yeyilməlidir. «Yağlı xörəkdən sonra qarpız yeyilirsə, o mədənin üst hissəsində yığılır. Yemək mədədən iki saata sovrulur, mədənin üst hissəsində qalan qarpız isə bir neçə dəqiqədən sonra qıcqırmağa başlayır. Bu da ürəkbulanma və qusma ilə nəticələnir».


Salman Əliyev deyir ki, qarpız isti xörəkdən 30-40 dəqiqə əvvəl yeyiləndə bir neçə dəqiqəyə sovrulub gedir və adama heç bir əziyyət vermir. Ya da ki, həkimin fikrincə, qarpız yeməyi xörəkdən iki saat sonraya saxlamaq lazımdı.


Bununla belə satıcıların çox vaxt qarpızı açıq yerdə - günəş şüalarının birbaşa təsiri altına satması da onun kimyəvi tərkibində dəyişikliklərə gətirib çıxarır. Bu da sonda alıcılarda zəhərlənmələrə səbəb ola bilir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG