Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:42

«Mətbuatın problemlərinin həlli yönündə konkret addım görmürük»


Conatan Henik deyir ki, ABŞ Azərbaycana insan haqları proqramı ilə bağlı təkliflər verib

Conatan Henik deyir ki, ABŞ Azərbaycana insan haqları proqramı ilə bağlı təkliflər verib

ABŞ Azərbaycana insan haqları proqramını təkmilləşdirməklə bağlı təkliflər verib. Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin informasiya şöbəsinin müdiri Conatan Henik «Azadlıq» radiosuna belə deyib. O, bildirib ki, Dövlət Departamentinin illik hesabatında Azərbaycanda insan haqlarının vəziyyətinin yaxşı olmadığı, müəyyən problemlərin mövcudluğu göstərilib və təkliflər də məhz bu yöndədir.


Eyni zamanda, hökumətə ABŞ və beynəlxalq təşkilatlarla əməkdaşlıq da təklif edilib:


«Biz Azərbaycanın dostu olaraq bu problemlərin həllini istəyirik».


Dövlət Departamentin hesabatında polis idarələrində və həbsxanalarda vətəndaşlara işgəncə verilməsi, sərbəst toplaşmaq, seçki hüququnun və azad sözünü məhdudlaşdırıldığı vurğulanırdı.


Cənab Henik həmçinin mətbuatın durumu ilə bağlı da hökumətlə mütəmadi danışıqlar aparıldığını bildirib.


«Son həftələr həmin müzakirələr yaxşı istiqamətdə gedir. Biz problem saydığımız məsələlərdən danışırıq. Ancaq hökumət bizim mövqeyimizi başa düşsə də, onların necə həll olunacağı haqda dəqiq məlumat yoxdur. Biz azad mətbuatın problemlərinin həll yönündə konkret addım görməmişik. Ümid edirik ki, gələn həftələrdə hökumət tərəfdən daha çox addımlar atılacağını görəcəyik».


Günün bütün mövzuları

XS
SM
MD
LG