Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:12

«Müxalifət»çilərin məhkəməsi təxirə salındı


İyulun 4-də Apellyasiya Məhkəməsində «Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin şöbə redaktoru Yaşar Ağazadənin aplleyasiya şikayətinə baxılması təxirə salınıb. Rövşən Kəbirli və Yaşar Ağazadənin Hüquqlarını Müdafiə Komitəsinin sədri Vaqif Hacıbəylidən aldığımız məlumata görə, məhkəmə iyulun 5-də saat 10-da olacaq.


«Müxalifət»çilər böhtana görə maddəsi ilə ittiham olunaraq iki il altı müddətinə azadlıqdan məhrum ediliblər. Buna səbəb bu ilin fevralında qəzetdə getmiş «A.M.A.Y. Əliyevlər ailəsinin ticarət nişanıdır» başlıqlı məqalə olub. Prezidentin əmisi, akademik Cəlal Əliyev həmin məqalə ilə bağlı xüsusi ittiham qaydasında iddia qaldırmışdı.


İyulun 3-də Sərhədsiz Reportyorlar Təşkilatı da Azərbaycan hökumətini Rövşən Kəbirli və Yaşar Ağazadənin işinə yenidən baxmağa çağırıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG