Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:53

BBC-nin müxbiri Alan Conston azad olunub


Qəzza sektorunda BBC-nin dörd ay əvvəl oğurlanan müxbiri Alan Conston azad edilib. O, Qəzzada hakimiyyətdə olan HƏMAS qruplaşmasının nümayəndələrinə təhvil verilib.


HƏMAS lideri Xalid Meşaal jurnalistin buraxılmasını alqışlayıb.


Muxtariyyətin keçmiş Baş naziri, HƏMAS rəhbərliyinin üzvü İsmayıl Haniyə Constonla birgə mətbuat konfransında deyib ki, jurnalistə görə heç bir pul ödənməyib.


BBC müxbiri özünün əsrilikdə olmasını həyatında ən dəhşətli günlər kimi təsvir edib.




Alan Conston Qəzza sektorunda daim çalışmış yeganə xarici jurnalistdir. Onu martın 12-də «İslam ordusu»nun yaraqlıları oğurlayıblar. Onun azadlığı üçün ekstremistlər Britaniya həbsxanalarından müsəlman dustaqların buraxılmasını tələb edirdilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG