Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:38

ATƏT Parlament Assambleyasının sessiyası başlayır


Qəzetlər 4 iyul sayında NATO-Azərbaycan münasibətlərinə geniş yer ayırıblar
Qəzetlər 4 iyul sayında NATO-Azərbaycan münasibətlərinə geniş yer ayırıblar

«NATO Azərbaycandakı bəzi hərbi bazaların ləğvində iştirak edə bilər»- «525-ci qəzet»in 4 iyul sayının manşeti belə adlanır. Qəzet NATO-nun Maddi-Texniki Təminat və Təchizat Agentliyinin baş meneceri, general-mayor Karl-Heinz Münzner Azərbaycana səfərinə diqqət çəkir.


Jurnalistlərin suallarını cavablandıran NATO rəsmisi Azərbaycan hökuməti tərəfindən müraciət olarsa, NATO-nun ölkə ərazisində keçmiş sovet ordusundan qalmış bəzi bazaların ləğvində iştirak edə biləcəyini söyləyib.


«ATƏT Parlament Assambleyasına daxil olan dövlətlərin hər biri qarşısında məsələ qoyulur ki, onlar öhdəlikləri nə dərəcədə yerinə yetiriblər. Burada da əsasən siyasi azadlıqların təmin olunması məsələsi qabardılır. Yəni, ATƏT-ə üzv olan hər bir ölkədə əsas prinsip kimi siyasi azadlıqların təmin olunması götürülür»-bu fikirləri «525-ci qəzet»ə müsahibəsində parlamentin İnsan hüquqları komissiyasının sədri Rəbiyyət Aslanova deyib. O, bildirib ki, iyulun 4-də başlanan ATƏT PA-nın iclasında Azərbaycan nümayəndə heyəti bütün məsələlərlə mövqe bildirəcək.


Qəzetdə yazıçı Anarın «Mənim fikrimcə...» başlıqlı yazısı dərc olunub. Yazıda Anar Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin rəhbərliyi ilə bir qrup Azərbaycan və erməni ziyalısının Dağlıq Qarabağa, Yerevana və Bakıya etdiyi səfərə münasibətini açıqlayıb. Yazıçı hesab edir ki, «səfərin vaxtı və yeri düzgün seçilməyib».


«Yeni Müsavat» ın köşə yazarı Səbuhi Məmmədli «Balıq ovunda kart oyunu» adlı yazısında ABŞ və Rusiya prezidentlərinin qeyri-formal görüşünü şərh edib: «İndi analitiklər Buş-Putin görüşünün nəticələri barədə təxminlər üzərində baş sındırırlar. Amma Putinin «bir əllə oynaya bilmədik» ifadəsi müəyyən mətləblərdən xəbər verir. Superdövlətlərin başçılarının balıq ovu sadəcə fiaskoya uğrayıb».


«Heç bir hakimiyyət özündə Qarabağı vermək cəsarətini tapmayacaq»- jurnalist Mahal İsmayıloğlu «Yeni Müsavat»a müsahibəsində belə deyib. Mahal İsmayıloğlu bir qrup ziyalının Dağlıq Qarabağa və Ermənistana səfəri məsələsinə toxunub: «Bu səfər xırda bir şeydir. Minsk qrupunun, beynəlxalq təşkilatların səylərinin, ölkənin müxtəlif rəsmi şəxslərinin indiyə qədərki görüşləri fada verməyibsə, üç-beş ziyalının ora getməsi, yaxud bura gəlməsi ilə vəziyyətin dəyişəcəyini gözləmək sadəlövhlükdür».


«Azadlıq» qəzeti 4 iyul tarixli sayında yazır ki, Pirallahı adası satılır və adada miniaeroport tikilir. Qəzet hakimiyyətə yaxın mənbələrə istinadla yazır: «Artıq Xəzər dənizinin Azərbaycan hissəsindəki adalar ayrı-ayrı şəxslərə satılmağa başlayıb. İlkin olaraq isə Pirallahı adası satılıb». «Azadlıq» yazır ki, Pirallahını İranın Kiş adası kimi turizm və biznes mərkəzinə çevirmək istəyirlər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG