Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:18

NATO ilə Azərbaycan melanjın ləğvini davam etdirir


Hazırda Ələt və Mingəçevirdə 600 min melanj var, onun 50 faizi zərərsizləşdirilib

Hazırda Ələt və Mingəçevirdə 600 min melanj var, onun 50 faizi zərərsizləşdirilib

NATO-Azərbaycan əməkdaşlığı Müdafiə Nazirliyinin yenidən qurulması və sovet dövründən qalan təhlükəli maddələrin ləğvi yönündə gedir. Bunu iyulun 3-də Bakıda olan NATO-nun Maddi-Texniki Təchizat Agentliyinin (NAMSA) baş meneceri Karl Haynz Münzerin deyib. O, Azərbaycanda olduğu müddətdə Müdafiə və Xarici İşlər nazirliklərində görüşlər keçirib.


NATO Azərbaycan hökuməti ilə birgə sovet dövründən qalan, təhlükəli oksidləşdirici, raket yanacağı melanjın ləğvinə ilyarım əvvəl başlayıb. Bu layihə «Saloğlu» adlanır. Cənubi Qafqazda ən böyük sursat anbarı Ağstafanın Saloğlu kəndi yaxınlığında yerləşir və zərərsizləşdirmə əməliyyatına burdan başlanılıb. Bu layihəyə 440 min avro xərclənəcəyi və onun gələn ilin sonunda başa çatdırılmalı olduğu deyilir. Layihənin sonunda 560 hektar torpaq əkin üçün əhaliyə qaytarılmalıdır, melanj isə gübrəyə çevrilir.


Ərazilərin Minalardan Təmizlənməsi Milli Agentliyinin direktoru Nazim İsmayılov bildirir ki, 1991-ci ildə Saloğlu kəndindəki anbar partladıqdan sonra ətrafa külli miqdarda hərbi sursat səpələnib. Həmin sursatın bəzisi 2-5 metr dərinliyində torpaq altındadır.


Ötən müddətdə 261 mindən artıq mərminin toplandığı, bunun 70 mindən çoxunun isə zərərsizləşdirildiyi bildirilir.


Hazırda layihənin ikinci fazası davam edir. NATO ilə məsləhətləşmədən sonra üçüncü faza başlaya bilər.


Məlumatda o da deyilir ki, hazırda Ələt və Mingəçevirdə 600 min melanj var, onun 50 faizi zərərsizləşdirilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG