Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:20

«Əli İnsanovun fəaliyyətində akademik adına zidd məqamlar vardı»


«Sabiq səhiyyə naziri Əli İnsanov akademik adından siyasi diktə ilə məhrum edilməyib, bu Milli Elmlər Akademiyası üzvlərinin qərarı ilə olub».


MEA-nın prezidenti Mahmud Kərimov Əli İnsanovun məhkəmə hökmü qüvvəyə minmədən akademik adından məhrum edilməsi haqda məhkəmə şikayətinə cavab olaraq belə deyir.


«Biz məhkəmə hökmünü gözləməyə də bilərdik, nizamnaməyə uyğun olaraq onu həmin addan məhrum etdik. O, illik hesabatlar verməli, müəyyən işlər görməli idi, amma fəaliyyətində akademik adına zidd məqamlar vardı deyə belə qərar çıxardıq».


Keçmiş səhiyyə naziri Əli İnsanov dövlət əmlakını mənimsəmə və korrupsiyada ittiham olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG