Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:30

BAB kimi tanınan təşkilatın fəalı sərbəst buraxılıb


«İ.Sadiqovun oğurlanmasında İranın da iştirakı istisna deyil»

«İ.Sadiqovun oğurlanmasında İranın da iştirakı istisna deyil»

Bütöv Azərbaycan Birliyi (BAB) kimi tanınan təşkilatın Naxçıvan Muxtar Respublikası (NMR) bölməsinin rəhbəri İlham Sadiqov sərbəst buraxılıb. O, özü «Azadlıq» radiosunun Naxçıvandakı əməkdaşına zəng edərək azad olunduğunu deyib. Lakin İlham Sadiqov kimlər tərəfindən aparıldığı barədə məlumat verməyib. O, bildirib ki, ona mətbuata hər hansı açıqlama verməmək barədə ciddi xəbərdarlıq edilib.


İyulun 3-ü günorta saatlarında Naxçıvanın «Təbriz» mehmanxanasının qarşısındakı çayxanadan çıxarkən dörd nəfər maskalı şəxs İlham Sadiqovu zorla yaşıl rəngli «Jiquli» markalı maşına mindirərək naməlum istiqamətdə aparıblar. Hadisənin şahidlərinin bildirdiyinə görə, maşının nömrəsi əcnəbi vətəndaşlara verilən sarı rəngdə olub. Şahidlər İ.Sadiqovun maşına mindirilməsinə mane olmaq istəsələr də, naməlum şəxslərin fiziki zorakılığına məruz qalıblar.


BAB-ın NMR təşkilatının fəalları Sadiqovun İran Azərbaycanında baş verən hadisələrlə bağlı aktiv fəaliyyət göstərdiyini bildirir və onun bu şəkildə saxlanmasını oğurlanması kimi qiymətləndirirlər. Onların iddialarına görə, İ.Sadiqovun oğurlanmasında İranın da iştirakı istisna deyil. Hələ ki, Muxtar Respublikanın rəsmi qurumlarının məsələyə münasibətini öyrənmək mümkün olmayıb.


Bütöv Azərbaycan Birliyini mərhum prezident Əbülfəz Elçibəy 1998-ci ildə Kələkidən Bakıya döndükdən sonra yaradıb. Təşkilat İran Azərbaycanı ilə Azərbaycan Respublikasının birləşməsi istiqamətində çıxışları ilə tanınır.



Günün bütün mövzuları

XS
SM
MD
LG