Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:22

Təbriz Universitetinin fəal tələbələri təhsildən məhrum edilib


Tehran Universitetində tələbələrin etiraz aksiyası, 10 dekabr 2006

Tehran Universitetində tələbələrin etiraz aksiyası, 10 dekabr 2006

Təbriz Universitetinin 14 tələbəsi oturaq aksiyada iştirak etdiklərinə görə, bir neçə semestr müddətində təhsildən məhrum edilib.


«Azad Tribun» saytı iyulun 2-də dərc etdiyi xəbərdə bildirir ki, Universitetin inzibati idarəsi sözügedən tələbələri «universitet daxilində asayişi pozmaq məqsədilə dəfələrlə qeyri-qanuni toplantılarda iştirak etməkdə» günahlandırıb.


Təbriz Universitetinin tələbəsi, milli fəal Nadir Məhd Qarabağın həbsinə etiraz olaraq bir neçə aydır vaxtaşırı həmin universitetdə oturaq aksiyalar keçirilir.


«Media forum» saytının verdiyi başqa məlumata əsasən isə, 2006-cı ilin may-iyun aylarında keçirilən etiraz aksiyalarında tutulmuş milli fəal Əmir Fərahaniyə ailəsi ilə görüşməyə icazə verilmir.


İki övlad atası olan Ə.Fərahani ayrılıq tərəfdarı və pantürkist qruplar yaratmaqda günahlandırılır. Həmin məlumata əsasən, o, istintaq zamanı müxtəlif işgəncələrə məruz qalıb.


XS
SM
MD
LG