Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:14

«Gündəlik Azərbaycan» qəzetinin daha iki əməkdaşı MTN-ə çağırılıb


«Gündəlik Azərbaycan» qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu və bu nəşrin əməkdaşı Üzeyir Cəfərov şahid qismində ifadə vermək üçün Milli Təhlükəsizlik Nazirliyinə (MTN) çağırılıblar. Üzeyir Cəfərovun «Turan»a bildirdiyinə görə, MTN-ə çağırış iyunun 16-da bu qurum tərəfindən Cinayət Məcəlləsinin 214-cü maddəsi (terrorla hədələmə) ilə qaldırılmış cinayət işilə bağlıdır.


İş İranın Azərbaycanın obyektlərinə mümkün raket zərbələrilə bağlı «Realnı Azerbaydjan» qəzetində dərc edilmiş materialla bağlı qaldırılıb. İttiham «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevdən başqa hələ heç kimə irəli sürülməyib. Cinayət işi qaldırılandan sonra baş redaktor Bayıl həbsxanasından MTN-in təcridxanasına köçürülüb.


Bundan əvvəl sözügedən qəzetlərin daha bir əməkdaşı Çingiz Sultansoy da MTN-də ifadə verib.


Eynulla Fətullayev bu ilin aprelində böhtan ittihamı ilə iki il altı ay müddətinə həbs edilib.


XS
SM
MD
LG