Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:17

«Dövlət başçısı cəzasızlığı dəstəkləyib»


2005-ci ilin payız mitinqlərinin gedişində polis 14 jurnalist döyüb, xəsarət alanlar olub
2005-ci ilin payız mitinqlərinin gedişində polis 14 jurnalist döyüb, xəsarət alanlar olub

«Sərhədsiz Reportyorlar» 2005-ci il parlament seçkilərinin gedişində jurnalistlərə qarşı zorakılığa görə məsuliyyət daşıyan polislərin müdafiəsilə bağlı dövlət başçısı İlham Əliyevin iyulun 2-də dediyi fikirləri pisləyib.


İlham Əliyevin 2005-ci ilin parlament seçkiləri zamanı jurnalistlərə qarşı zorakılıqda günahkar olan polislərin cəzalandırılmasını şəxsən qadağan etməsilə bağlı söylədiyi fikirləri yolverilməz adlandırıb. «Bu fikirlərlə dövlət başçısı bütünlüklə cəzasızlığı dəstəkləyib»-deyə «Sərhədsiz Reportyorların» yaydığı açıqlamada deyilir.


«Mediaya münasibətdə polisi özünü nəzakətlə aparmağa məcbur etmək əvəzinə onları əvvəlki kimi hərəkət etməyə təhrik edir»- deyə sənddə vurğulanır. Məlumatı «Turan» yayıb.


2005-ci ilin payız mitinqlərinin gedişində polis 14 jurnalist döyüb və bunun nəticəsində onlardan İdrak Abbasov və Ramiz Nəcəfli xəstəxanaya düşüblər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG