Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:05

Aztəminatlı ailələrə verilən yardım adambaşına 5 manat artırılıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatlı ailələr üçün adambaşına nəzərdə tutulan ehtiyac meyarını bundan sonra 40 manatdan hesablayacaq.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdirinin müavini Natiq Qasımov ANS-ə deyib ki, ehtiyac meyarının artırılması 2007-ci ilin büdcə sənədində nəzərdə tutulub. Amma bu artımlar iyulun 1-nə qədər yardım üçün müraciət edənlərə şamil olunmayacaq.


Nazirliyin məlumatına əsasən, indi 65 mindən çox ailə ünvanlı yardım alır. Yardım alan şəxslərin sayı isə 300 mindən çoxdur.


Ünvanlı yardımların verilməsinə ötən ilin yayından başlanılıb. 2007-ci il yanvarın 1-dən ehtiyac meyarı 35 manat həcmində müəyyən olunub.


XS
SM
MD
LG