Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:06

Dünyanın ən yaxşı klubu «Sevilya» olaraq qalır



Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası dünyanın ən yaxşı 350 klubunun reytinq siyahısını açıqlayıb.



Azərbaycan siyahıdakı yeganə təmsilçisindən də məhrum olub. Belə ki, əvvəlki cədvəldə 327-ci yerdə qərarlaşan Yevlaxın «Karvan» klubu ötən bir ayda mövqeyini əldən verərək siyahını tərk edib.



İlk onluq belədir:


1. «Sevilya» (İspaniya) – 303 bal


2. «Çelsi» (İngiltərə) – 285


3. «Boka Xuniors» (Argentina) - 272


4. «Milan» (İtaliya) – 271


5. «Mançester Yunayted» (İngiltərə) – 270


6. «Santos» (Braziliya) – 268


7. «Kolo-Kolo» (Çili) – 261,5


8. «Roma» (İtaliya) – 238


9. «Liverpul» (İngiltərə) – 236


10. «Espanyol» (İspaniya) – 233


10. «İnter» (İtaliya) – 233


Post-sovet məkanında ən yaxşı klub bir neçə aydır ki, Ukraynanın «Şaxtyor» klubudur – 37-ci yer (174)


Bu reytinqdə ən yaxşı Rusiya klubu Moskva «Spartak»ıdır – 53-cü yer (151,5)


Türkiyənin «Fənərbaxça» klubu – 37-ci, «Beşiktaş» 76-cı, «Qalatasaray» isə 119-cu yerdədir.


«Xəzər-Lənkəran»ın Çempionlar Liqasının təsnifat mərhələsində ilk rəqibi olacaq Xorvatiyanın «Dinamo Zaqreb» klubu siyahıda 144-cü sıradadır.


Reytinq tərtib olunarkən, klubların son ildə milli çempionatlarda, kubok oyunlarında və beynəlxalq yarışlarda göstərdiyi nəticələr nəzərə alınır. Bu zaman qitə kuboku oyununda qələbə milli çempionatdakı qələbədən daha yüksək qiymətləndirilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG