Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:01

Yerevanda jurnalistlər xarici medianın yayımının məhdudlaşdırılmasına etiraz edirlər


Yerevanda bir qrup jurnalist xarici kütləvi informasiya vasitələrinin yayımının məhdudlaşdırılması haqda qanunun qəbuluna etiraz olaraq parlamentin qarşısında etiraz aksiyası keçirib.

Ermənistan parlamenti ikinci, son oxunuşda «Radio və televiziya yayımı haqqında» qanuna düzəlişləri nəzərdən keçirir. Düzəlişlərə əsasən, xarici KİV-lər ictimai radionun tezliklərinə çıxışdan məhrum olunurlar. Xarici proqramların retranslyasiyası üçün isə yüksək rüsum alınacaq.


Düzəlişlərin qəbulu, «Azadlıq» radiosunun erməni xidmətinin də proqramlarının yayımının məhdudlaşdırılmasına səbəb olacaq.


XS
SM
MD
LG