Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:56

Magistraturaya daxil olan bakalavrların arasında üç nəfər ən yüksək bal toplayıb


Ali məktəblərin magistratura pilləsinə daxil olan bakalavrların arasından üç nəfər ən yüksək bal toplayıb.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşı Elnur Nağızədə «Azadlıq» radiosuna bildirib ki, yüksək nəticə göstərənlər 100 mümkün baldan 96 bal toplayıb. Onlardan ikisi qız, biri isə oğlandır.


Adları hələlik açıqlanmayan tələbələrdən biri Xarici Dillər, o biri Bakı Dövlət, digəri isə Xəzər Universitetlərinin məzunlarıdır. Onlar elə təhsil aldıqları təhsil müəssisəsinin magistraturasına qəbul olunublar.


İyunun 30-da ali məktəblərin magistratura pilləsinə imtahan olub. İmtahana qatılan 12 min 500-dən çox bakalavrdan 3351 nəfər magistraturaya qəbul olunub.


XS
SM
MD
LG