Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:07

Serbiya prezidenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib


Serbiya prezidenti Boris Tadiç, 10 aprel 2007
Serbiya prezidenti Boris Tadiç, 10 aprel 2007
«Biz bütün dövlətlərin ərazi bütövlüyünə hörmət və riayət etməliyik».

«Turan»ın məlumatına görə, bu barədə Avropa Şurası Nazirlər Komitəsinin sədri, Serbiya prezidenti Boris Tadiç iyulun 2-də Strasburqda Yay Demokratiya Universitetinin açılış mərasimində çıxış edərkən bildirib.

«Serbiya BMT üzvü olan istənilən dövlətin bölünməsi və sabitliyinin pozulmasının əleyhinədir», - deyə o, bildirib. Cənab Tadiçin fikrincə, Kosovonun müstəqilliyi digər bu cür münaqişələr - Qarabağ, Abxaziya, Cənubi Osetiya və s. üçün təhlükəli presedent ola bilər.


Serbiyanın ərazi bütövlüyü naminə çıxış edən Belqrad həmçinin Bosniya və Herseqovinanın, Gürcüstan, Azərbaycan və başqalarının ərazi bütövlüyünü dəstəkləyir.


Bununla yanaşı, Serbiya prezidenti Belqradın Kosovoya geniş muxtariyyət verməyə hazır olduğunu təsdiq edib.


Tadiç ölkəsinin Avropa Birliyinə daxil olmaqda qətiyyətini təsdiq edib. «Biz, ərazi bütövlüyümüzdən imtina etmədən Avropanın bir hissəsi olmaq istəyirik», - deyə o, vurğulayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG