Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:02

Britaniyada terror aktları ilə bağlı daha iki şübhəli şəxs həbs edilib


Britaniya polisi London və Qlazqoda terror aktlarına hazırlıqda iştirakda şübhəli bilinən daha iki adamı həbs edib.

Bununla da həbs olunanların ümumi sayı yeddiyə çatıb. Polisin məlumatına əsasən, onlardan heç biri Britaniya vətəndaşı deyil, amma saxlananlardan biri Britaniyada həkim işləyib.


Baş nazir Qordon Braun deyib ki, London və Qlazqoda iyunun 29-da və 30-da üstü açılan terror aktlarına hazırlıqların arxasında «əl-Qaidə»nin adamları durur.


Britaniya polisi xəbərdarlıq edib ki, sərt nəzarət tədbirləri ilə əlaqədar təyyarə və qatarların hərəkətinin qrafikində pozuntular ola bilər. İlk növbədə hava limanları və vağzallara yaxınlaşan avtomobillər yoxlanılır.


Günün bütün mövzuları

XS
SM
MD
LG